Dünya 10:11 15.01.2022

Moskva Qazaxıstanı İttifaq dövlətinə birləşməyə məcbur edir? - Lavrovun cavabı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Qazaxıstanı Rusiya Federasiyası və Belarusun İttifaq Dövlətinə qoşulmağa məcbur edə biləcəyi ilə bağlı şayiələrə münasibət bildirib. 
 
Qaynarinfo xəbər verir ki, o bu haqda 2021-ci ilin yekunlarına dair mətbuat konfransı zamanı danışıb.

"Bizim kimisə dəvət etmək kimi vərdişimiz yoxdur”, - deyə nazir bildirib. Onun sözlərinə görə, belə bir prosedur var ki, ona uyğun olaraq Rusiya belə imkanları konstruktiv qiymətləndirir.

Lavrov əlavə edib ki, qərbli həmkarlarının insanları özlərinə qoşulmağa dəvət etmək vərdişi var, "eynilə onlar indi hamını NATO-ya üzv olmağa dəvət edirlər”. Lakin bu, Rusiyanın metodu deyil, deyən Lavrov, "biz nəzakətli insanlarıq" deyib.

2021-ci ilin noyabrında Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Birlik Dövləti haqqında fərman imzalayıblar. Onlar vergilər, kreditlər və nəqliyyat xidmətləri, o cümlədən neft və qaz üçün vahid bazarların yaradılması məsələlərində inteqrasiya üzrə 28 proqramı təsdiqləyiblər.
 
Alpər