Dünya 16:44 23.05.2020

Moskvada banka hücum edən şəxs saxlanıldı (YENİLƏNİB)

Moskvadadı "Zemlyanoy Val" küçəsində yerləşən "Alfa-bank"ın ofisinə hücum edərək 5 nəfəri girov götürən şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
 
16.26
 
Moskvada naməlum şəxs "Alfa-Bank”ın filiallarından birinə silahlı hücum edib.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, silahlı şəxs 5 nəfəri girov götürüb və külli miqdarda pul tələb edir.

Həmin şəxsin kuryer işlədiyi və yemək sifarişlərinin çatdırılması ilə məşğul olduğu deyilir. O, binanı partladacağı ilə bağlı hədələyir.