Rusiyanın paytaxtı Moskvada Manejnoy meydanının yaxınlığında yerləşən "Oxotnıy Ryad" ticarət mərkəzində bomba olması barədə polisə anonim zəng daxil olub.
Qaynarinfo Ria-Novosti-yə istinadən xəbər verir ki, hadisə yerinə dərhal FHN əməkdaşları cəlb olunub. Ticarət mərkəzində olan 4 min nəfər təxliyyə edilib. Əməliyyatlardan sonra verilən məlumatın yanlış olduğu ortaya çıxıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Şərhlər