Moskvanın Yeliseyev döngəsində yerləşən bağa məşhur müğənni və bəstəkar, Azərbaycan və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin adı verilib.
Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, bu barədə qərar Moskva meri Sergey Sobyanin tərəfindən qəbul olunub.
Merin müavini Leonid Peçatnikov bildirib ki, 2011-ci ildə bu kiçik parkın yaxınlığında M.Maqomayevin abidəsi qoyulmuşdu. 2017-ci ildə isə bağın yaxınlığında, məşhur müğənninin yaşadığı evdə onun şərəfinə xatirə lövhəsi açılıb.
Qeyd edək ki, bu park Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında yerləşir.
Şərhlər