Dünya 12:26 28.01.2019

Moskvada məşhur rəsm əsəri oğurlandı (FOTO)

Rusiyanın paytaxtı Moskvada yerləşən Tretyakovskya Qalereyasında oğurluq hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, rəssam Kuinci Arxip İvanoviçə məxsus "Ay-Petri. Krım" əsəri oğurlanıb. Hadisədən sonra polis qalereyaya giriş-çıxışı bağlayıb. Oğurluqda şübhəli bilinən 31 yaşlı şəxs qısa müddət sonra həbs edilib və rəsm əsəri tapılıb.

Qeyd edək ki, "Ay-Petri. Krım"ın 180 min dollar dəyərə sahib olduğu bildirilir.


Gülşən