Xalq artistləri Ağakişi Kazımov, Azər Zeynalov, Valeh Kərimov, Ötkəm İsgəndərov, Nadir Xasıyev və ümumilikdə 30 müəllim Mədəniyyət və İncəsənət Universitetindən qovulub. Bu barədə BakuPost məlumat yayıb. Məlumatda bildirilir ki, müəllimlər incidilərək, öz ərizələri ilə universitetdən getməyə məcbur edilib.
Məsələ ilə bağlı xalq artisti, "Moşu” obrazı ilə məşhur olan Valeh Kərimov "Yeni Müsavat”a danışıb.
Aktyor hələ 5 il bundan əvvəl universitetdən çıxdığını deyib:
"Mən universitetdən çıxmışam, amma bu düz 5 il bundan əvvəl olub. Həmin vaxta qədər universitetdə estrada aktyorluğu fakültəsində dərs demişəm. Lakin sonradan universitetdən uzaqlaşdım”.
Xalq artisti Azər Zeynalovun da rəyini öyrənməyə çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.
Mədəniyyət və İncəsənət Universitetindən isə "Yeni Müsavat”a açıqlamasında bildiridlər ki, mətbuatda yayılan xəbər tamamilə şayiədir. Adları qeyd edilən xalq və əməkdar artistlər hazırda universitetdə işlərinə davam edirlər və heç bir müəllim işdən azad edilməyib.
Şərhlər