Xəbər lenti

MSK bir dairədə də nəticələri ləğv etdi
Siyasət 17:30 13.02.2020

MSK bir dairədə də nəticələri ləğv etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 33 saylı Xətai Birinci Dairə Seçki Komissiyasının nəticələrinin ləğv olunması barədə müraciətə baxılıb.

Qaynarinfo xəbər verir ki, müraciət barədə MSK-nın katibi İlkin Şahbazov məlumat verib.

O bildirib ki, müraciət edən deputatlığa namizəd Fuad Abbasov qanun pozuntularını əsas gətirərək bir sıra məntəqələrin nəticələrinin ləğv edilməsini xahiş edib.

İ.Şahbazov deyib ki, müraciət 3 istiqamət üzrə araşdırılıb. Bəlli olub ki, seçkiyə müdaxilə halları öz əksini tapıb. Yekun protokollarda seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar müəyyən olunub. Ümumilokdə 40 məntəqədən 21-də qa un pozuntusu halları müəyyən olunub

Beləliklə MSK müraciəti təmin edərək dairənin nəticələrinin ləğvi barədə qərar qəbul edib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar açıqladığı ilkin nəticələrə əsasən, 33 saylı Xətai Birinci Seçki Dairəsinin lider namizədi Hüseynbala Mirələmov idi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->