Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, Prezident İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsi müzakirə olunub.
Qaynarinfo xəbər verir ki, bununla bağlı MSK-nın katibi Arifə Muxtarova məlumat verib. O, namizədlə bağlı məlumatları MSK üzvlərinin diqqətinə çatdırıb.
Sonra məsələ səsverməyə çıxarılaraq təsdiqlənib. Beləlikə, Prezident İlham Əliyevin aprelin 11-nə təyin edilən Prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq olunub.
Şərhlər