Xəbər lenti

MSK sədri artımla nə qədər maaş alacaq?
Ölkə 21:16 18.06.2019

MSK sədri artımla nə qədər maaş alacaq?

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi bərədə sərəncam imzalayıb.

Sərəncam Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə imzalanıb. 

Sərəncamla Seçki Komissiyası üzvlərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib: 

Sədr – 3060 manat 

Sədrin müavini – 2845 manat 

Katib – 2110 manat 

Mərkəzi Seçki Komissiyasının üzvü – 1920 manat. 

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->