Foto 16:00 02.02.2021

Müğənni lüks oteldə karantinə alınacaq (FOTOLAR)

Sənətçi Rita Ora Avstraliyada təşkil ediən musiqi yarışmasının münsif heyətinə üzv olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, buna görə Avstraliyaya dəvət olunan Rita ölkədə tətbiq edilən sərt karantin rejiminə görə 14 gün karantinə alınacaq.

"Daily Mail” nəşrinin məlumatına əsasən, Ora karantini Sidneydə yerləşən və bir gecəsi 500 dollar olan "Meriton suites pitt street”də keçirəcək.

Lüks oteldə idman zalı və hovuz olsa da, Rita onlardan istifadə edə bilməyəcək.