Xəbər lenti

“Müharibə gedirdi deyə, bu haqda məlumat vermədim...” - Əlabbas
Sənət 11:14 09.01.2021

“Müharibə gedirdi deyə, bu haqda məlumat vermədim...” - Əlabbas

Qardaş Türkiyədə yazıçı Əlabbas Bağırovun "Eski adam və diğer öykülər" adlı kitabı nəşr olunub.

Qaynarinfo xəbər verir ki, bu haqda yazıçı özü sosial şəbəkədə məlumat verib. O, kitabın əslində bir qədər əvvəl nəşr edildiyini, lakin müharibə səbəbindən bu haqda məlumat vermədiyini bildirib:

"Bu kitab qardaş Türkiyədə işıq üzü görəndə Müqəddəs müharibəmizin ən alovlu və gərgin vaxtları idi. Kim bilir, bəlkə, o dəmlərdə də kitab hayında olanlar vardı. Bu xüsusda Fb-də bəs qədər odlu-alovlu statuslara və bir birindən mənasız, odsuz-alovsuz segi şeirlərinə də rast gəlmişəm. Və əlim üzümdə qalıb. Elə bil müharibə bizim ölkədə yox, yad bir ölkədə gedirdi. O səbəbdən heç o havada olmadım, kitab, yazı-pozu həvəsinə düşmədim. O zaman ən unudulmaz Kitabı, ən danılmaz Tarixi, ən inanılmaz Zəfəri gözünə döndüyüm Azərbaycan əsgəri yazırdısa, nə kitabbazlıqdı, canım?! Özü də necə Zəfər?! Ürəyimizdən tikan çıxara-çıxara, bütün dünyaya qüdrətimizi görk edə-edə, bizi sevməyənlərin sinəsinə çalın-çarpaz dağ çəkə-çəkə! O Ordu idi bizə Qələbə sevinci yaşadan, Zəfər qutlamaları bəxş edən! Nə onda, nə də ondan sonra gülü burnunda olan şəhid balalarımızın qara xəbərləri ilə bir sırada dostlara kitab paylaşımı etməyə əlim gəlmədi. İndi isə bunu ona görə edirəm ki, aylar sonra daha  bir mənası olmayacaq. Boyat xəbər də boyat çörək kimidi... Həm də istəmirəm bu səbəblər təmənnasız görülən bu işdə zəhməti olan dostlara — adlarını həmişə sayğılarla andığım tərcüməçi əziz Əbdülqadir Özkana, başda sayın Yaqub Öməroğlu olmaqla  "Avrasiya Yazarlar Birliyi"nə, çöxhörmətli nasir və şair dostum Sabir Şahtaxtıya, kitabın üz qapağının rəssamı izzətli Şükran xanım Özkana qarşı vaxtında göstərilməyən diqqət anlamına gəlsin. "Eski adam və diğer öykülər"də bir povest, yeddi hekayəmlə bərabər, tərcümeyi-halım da yer alıb. O sözü bir daha təkrar edirəm ki, əsərin bir, kitabın isə bir neçə müəllifi olur. Adıçəkilən o müəlliflər heyətinə burdan dərin sayğı və təşəkkürlərimi bildirirəm. Var olun, dostlar!”
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->