Müharibədə yaralanan DİN-in çavuşu bu gün şəhidlik zirvəsinə ucaldı

Müharibədə yaralanan DİN-in çavuşu bu gün şəhidlik zirvəsinə ucaldı

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Elşən Quluzadə şəhid olub. 

O, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq o, bu gün – yanvarın 21-də şəhidlik zirvəzinə ucalıb.

Şəhidimizlə vida mərasimində Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Şəhid Elşən Quluzadənin cənazəsi polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşaiyəti ilə doğulub boya-başa çatdığı Füzuli rayonuna aparılaraq orada dəfn ediləcək./Qafqazinfo.az
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR