Ümumdünya Səhiyyə Təşkilatı kompüter oyunlarından asılılığı psixoloji xəstəliklər siyahısına daxil edib.
Qaynarinfo New York Post-a istinadən xəbər verir ki, "Oyun xəstəliyi"nin əsas xüsusiyyətləri müəyyənləşdirilib. Həkim Vladimir Poznyak onları belə qruplaşdırır:
Oyun oynamaq digər fəaliyyətləri açıq-aşkar üstələyir. Xəstə şəxslər uzun müddətli oyunların nəticəsində qidalanma, yuxu, fiziki fəaliyyətlərində problem yaşasalar da, buna davam edirlər.
"Oyun xəstəliyi"nin xüsusiyyətləri özünü xəstəlik diaqnozu qoyulmamışdan 12 ay əvvəl göstərə bilər.
Oyun asılılığı ABŞ Psixologiya Assosiasiyası tərəfindən hələlik xəstəlik kimi qəbul edilməyib.
Ötən həftə Böyük Britaniyada 9 yaşlı qız dayanmadan kompüter oyunları oynadığı üçün reabilitasiya mərkəzinə yatırılıb. Ümumdünya Səhiyyə Təşkilatı bu hadisədən sonra oyun asılılığını xəstəlik kimi qəbul edib.
Gülşən
Şərhlər