Xəbər lenti

Müsavat Partiyası bəyanat yaydı
Siyasət 20:55 28.05.2013

Müsavat Partiyası bəyanat yaydı

Bu gün Müsavat Partiyasının da daxil olduğu Azərbaycanın real müxalifət qüvvələrinin Cümhuriyyətin 95 illiyi münasibəti ilə Novxanı qəsəbəsindəki Məhəmməd Əmin Rəsulzadənin abidəsinin qarşısında təmtəraqlı bayram tədbiri keçirildi.

Minlərləinsanın toplaşdığı bu tədbirdə edilən çıxışlar və tədbir iştirakçılarının coşqun hərəkətləri hakimiyyət nümayəndələrinin təşvişinə səbəb olub.

Tədbir başa çatdıqdan, iştirakçılar dağılışdıqdan sonra mülki geyimli şəxslər Müsavat Partiyası başqanının müşaviri Müstafa Hacılını bir neçə müsavatçı və jurnalistin gözü qarşısında zor tətbiq etməklə, “10-AP-731” dövlət nömrə-nişanlı göyümtül-boz rəngə çalan “Niva-Şevrolet” markalı maşına salaraq naməlum istiqamətdə aparıblar. Dərhal Ombudsman İdarəsinə, Daxili İşlər Nazirliyinin 102 saylı qaynar xəttinə və hüquq müdafiəçilərinə bu barədə məlumat verilib. Lakin hadisədən 3 saat keçməsinə baxmayaraq, Mustafa Hacılının yerini dəqiqləşdirmək mümkün olmayıb. Belə ki, Ombudsman İdarəsindən Mustafa Hacılının Abşeron rayon Polis İdarəsində saxlanıldığı bildirib. Abşeron rayon Polis İdarəsinin növbətçisi isə bu məlumatı təkzib edir.

Müsavat Partiyası baş verən bu hadisənin qanunsuz olduğunu bəyan etməklə bərabər, heç bir əsas göstərmədən və özlərini təqdim etmədən bu hərəkəti törədənlərin əməllərini adam oğurluğu kimi qiymətləndirir. Ölkə rəhbərliyindən bu qanunsuz əməllərə son qoyulmasını, Mustafa Hacılının dərhal həbsdən azad olunmasını və günahkar şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsini tələb edir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->