Xəbər lenti

Müsavatdan Milli Şuradakı yeni təyinata MÜNASİBƏT
Siyasət 13:16 25.07.2013

Müsavatdan Milli Şuradakı yeni təyinata MÜNASİBƏT

“Əgər Milli Şura qərar verəcəksə, Asəf Quliyev sədr olsun, etiraz etmirik olsun”

“Milli Şuranın növbəti iclasında Mitinq Komitəsinə üzvlər təyin olunacaq. Yəni üzvlərin seçilməsi diqqət mərkəzində olacaq. Bu xəbəri kim yayıbsa, yəqin ki, öncədən rəy formalaşdırmağa çalışır”.

Bunu Qaynar.info-ya Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli Asəf Quliyevin Milli Şurada Mitinq Komitəsinə rəhbər təyin olunması ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu məsuliyyətli işdir və hər kəs bu məsuliyyətin altına girməyə hazır olmalıdır: “Bu işi icra etməyə hazır olan adamlar da var. Xəbərin bu formada yayılması provokasiyadır. Yəni söhbət Asəf Quliyevin namizədliyindən getmir. Əgər Milli Şura qərar verəcəksə, Asəf Quliyev sədr olsun, etiraz etmirik olsun. Milli Şura ilə bağlı ən elementar xəbərləri yayanda belə Müsavat Partiyasının əleyhinə provokasiya aparmağa çalışırlar”.

Qeyd edək ki, Milli Şuranın mitinqləri Azərbaycan Xalq Cəbhəsi Partiyasına tapşırılıb. Bu barədə xəbəri AzNews.az saytı yayıb. Məlumatına görə, qurumun Mitinq Komitəsinə AXCP sədrinin müavini Asəf Quliyev rəhbər təyin ediləcək. Bildirilir ki, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov qurumun seçkilərdə əsas işlərindən biri olacaq mitinqlərin təşkilini AXCP-yə etibar edib.

E.Namazov Moskvada MŞ-in sədri Rüstəm İbrahimbəyovla görüşündə mitinqlərin təşkilinin AXCP-yə etibar olunması barədə tapşırıq alıb. Mitinqlərin Xalq Cəbhəsinə tapşırılmasına əsas səbəb Müsavat Partiyasının seçkilərdə öz namizədi ilə iştirak etmək barədə qərarının olmasıdır. R.İbrahimbəyov məhz bu səbəbdən Milli Şuranın Mitinq Komitəsinə Müsavat Partiyasının təmsilçisinin rəhbər təyin edilməsinə razı olmayıb.

İlkin
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->