Mustafa Şentop sabah Azərbaycana gələcək

Mustafa Şentop sabah Azərbaycana gələcək

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin rəhbərlərinin birinci üçtərəfli görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfərə gəlir.

"Anadolu" agentliyi xəbər verir ki, üçtərəfli görüş iyulun 27-də keçiriləcək.

Görüşdə "Bakı Bəyannaməsi" imzalanacaq.

Məlumata əsasən, iyulun 26-da M.Şentop Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.

İyulun 28-i Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. //"Report"
 
XƏBƏRLƏR
BLOGLAR
X