Bu gün İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirilib.
Məlumata görə, yığıncaqda ölkədəki ictimai-siyasi durum və cari məsələlər müzakirə olunub.
Xalq Cümhuriyyətin 95 illiyi ilə bağlı mayın 28-də Novxanıda mitinqin keçirilməsi qərara alınıb.
KŞ-ın toplamntısında həmçinin “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulması, “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın hədələnməsi və hüquq-mühafizə orqanlarının bununla bağlı müraciətlərə cavab verməməsi və RATİ-nin əməkdaşı Vəfa Nağının döyülməsi kəskin şəkildə pislənilib, bütün bunlar söz azadlığına basqı kimi qiymətləndirilib.
Qaynar.info
Şərhlər