Xəbər lenti

Mövsümün reytinq qurbanları (SİYAHI)
Maqazin 22:52 16.11.2017

Mövsümün reytinq qurbanları (SİYAHI)

Türkiyədə yeni serial mövsümünə iddialı başlayan bir neçə layihə uğursuzluğa düçar olub.

"Qafqazinfo” xəbər verir ki, kifayət qədər izləyici toplaya bilməyən bir neçə serialın ömrü uzun olmayıb.

Bəziləri ekranlarla erkən vidalaşıb, bəziləri isə yeni seriallarla rəqabət apara bilmədiyi üçün reytinqdə geriləyib.

Mövsümün reytinq qurbanı olan serialları təqdim edirik:

1. "Yüz yüze” – Baş rollarında Sinəm Kobal və Birkan Sokullunun oynadığı ekran işi sadəcə 2 həftə yayımlandı. Reytinqdə 26-cı olan serialın çəkilişi dayandırıldı.

2. "Ateşböceği” – Ötən mövsüm "Star TV”nin ən reytinqli seriallarında olan "Atşeböceği”, bu mövsümdə uğurunu davam etdirə bilmədi. Öncə yayım günü dəyişildi, sonra erkanlarla vidalaşdı.

3. "Sevdanın bahçesi” – Baş rollarında Sibel Can və Əmrə Kınay yer almışdı. Məşhur "Berivan” serialından 15 il sonra yenidən eyni layihədə yer alan cütlük, bu dəfə eyni uğuru göstərə bilmədilər. Ekran işinin ömrü cəmi 4 seriya oldu.

4. "Tutsak” – 8-ci seriyada finalı oldu.

5. "Seven ne yapmaz” – Ötən axşam 11-ci seriyada ekranla vidalaşdı.

6. "No: 309” – Ötən mövsümün reytinqli layihələrindən olan "No: 309” yayda qısa fasilədən sonra yayıma davam etdi. Lakin getdikcə izləyicisi alan serial 65-ci seriyada çəkilişi dayandırmağa məcbur oldu.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->