Ön cəbhəyə yardım aksiyası davam edir

Ön cəbhəyə yardım aksiyası davam edir

"Dənizçilərə Sosial Dəstək" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə ön cəbhəyə yardım aksiyası davam edir.


Bu haqda Qaynarinfo-ya DSD İB-nin sədri, gəmi kapitanı, şair-publisist Faiq Balabəyli məlumat verib:


"Dünən, 25.10 2020-ci il tarixdə DSD İB cəbhə bölgəsində oldu. Artıq 3-cü dəfədir ki, İctimai Birlik olaraq cəbhəyə, əsgərlərimizə yardım aparırıq. İlk yardıml DSD təkbaşına etsə də, sonrakı səfərimizdə əsasən xarici ölkələrdə çalışan dənizçilərimiz çağrışımıza səs verdilər. Özləri vətəndən çox-çox uzaqda olsalar da, ailə üzvləri və doğmaları vasitəsi ilə aldıqları sovqat paylarını DSD İB-nə çatdırdılar. Xarici sularda üzən dənizçilərimizdən Nazim Həbibov, Ramiz Hüseynov, Valeh Ağabalayev, Mehti Yusifov, Şakir Məmmədov, Qüdrət Məhərrəmov, Asəf Paşayev, İlqar Əhədov əsgərlərimiz üçün bəzi zəruri mallar göndərilməsi işində iştirak edib. Bundan əlavə, dənizçilərimizin tələbə və orta məktəb şagirdləri, azyaşlı nəvələrinin əsgərlərə yazdıqları məktublar, çəkdikləri rəsmlər də hər birinin sovqatı qablaşdırılmış qutularda yer alıb”.


Birlik sədri onu da deyib ki, dünən gerçəkləşən səfərdə DSD İB nin əsgərlərə apardıqları yardımlara bu dəfə xaricdə işləyən gəmi kapitanı Araz Sultan Həsənov və baş mexaniklər Mehdi Yusifov və Malik Mikayılov da yardım edib.


Yazıçı Aləm Kəngərli və ailə üzvləri, dostları da cəbhəyə sovqat göndərmək üçün DSD ilə əlaqə saxlayıb, hədiyyələrini çatdırılmasını xahiş ediblər.

Faiq Balabəyli müxtəlif hərbi hissələrdə olduqlarını bildirib:

 

"Zabitlərimizdən biri olunan yardımlar üçün təşəkkür etdi və onu da xüsusi olaraq vurğuladı ki, bütün bunlara ehtiyac yoxdur, ordunun təminatı və təchizatı çox yüksəkdir. Amma ayrı-ayrı adamların, təşkilatların əsgərlərlə görüşə gəlməsi döyüşçülərimizdə xüsusi ruh yüksəkliyinə səbəb olur”.

 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR