Nadir Qafarzadənin bacısı yol kənarında çörək satır (VİDEO)
"Space TV"də yayımlanan "Zəhmətkeş ulduzlar" verilişinində maraqlı anlar yaşanıb.
Qaynarinfo xəbər verir ki, aparıcısı Ülviyyə Əliyeva olan proqramın budəfəki qonaqları əməkdar artist Rəhilə Bəndəliyeva və xanəndə Abgül Mirzəliyev olub.
Hər buraxlışında müxtəlif regiona səfər edən veriliş heyəti bu dəfə yolunu Xızı rayonundan salıb.
Çəkiliş heyəti rayonun girişində yol kənarında maşını saxlayıb və təndir çörəyi bişirən qadına yaxınlaşıb. Qadınla bir müddət söhbətdən sonra verilişin aparıcısı qadına "Xala, üzün mənə tanış gəlir" deyib.
Qadın müğənni Nadir Qafarzadənin böyük bacısı (Afət) olduğunu bildirib. O, qardaşı ilə aralarında 10 yaş fərqin olduğunu söyləyib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər