Maqazin 12:32 06.12.2021

Nahidə Babaşlı: “Bu yolçuluq heç təxmin etməyəcəyim yerə gəldi”

"Kiçik xəyallarımla çıxdığım bu yolçuluq heç təxmin etməyəcəyim yerə gəldi”.

Qaynarinfo xəbər verir ki, bunu müğənni Nahidə Babaşlı "Altın kelebek" mükafatlandırma gecəsində "Azərbaycanın ən parlayan ulduzu" nominasiyasına layiq görülməsindən danışarkən deyib. Sənətçi onu təbrik edənlərə təşəkkür edib:

"Haradan başlayıb, harada bitirəcəyimi bilmədim. Təşəkkürlərimi dayanmayan göz yaşlarımla başlayıram. Yazan, təbrik edən, paylaşan hər kəsə sonsuz təşəkkürlər. Sizi sevirəm”.

Bahar Rüstəmli