Xəbər lenti

“Namazı unutdum, pis vərdişlərə qurşandım
Maqazin 16:07 28.11.2017

“Namazı unutdum, pis vərdişlərə qurşandım" - Aydın Xırdalanlı

Tanınmış meyxanaçı Aydın Xırdalanlı xeyli zamandı efirlərdə görünməməsinin səbəbini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, yenicag.az-a danışan Xırdalanlı səhhətindəki problemlərdən şikayətlənib. Pis vərdişlərə qurşandığını deyən meyxanaçı bunu tərgitmək istəmədiyini də vurğulayıb:

"Efirlərə çıxmıram, arada məclislərə gedirəm. Əhval-ruhiyyəm də yaxşı deyil. Kaş əvvəlki vaxtlarıma qayıdaydım. 1995-ci ildə ağlı başında adam idim. Füzulinin kitablarını oxuyub ağlayırdım. Çoxlu mütaliə edirdim. Məsciddə namaz qılıb, Allaha dua edirdim. Allah dualarımı eşitdi və mənə şöhrət göndərdi. 2001-ci ildə namazı unudub, meyxana deməyə başladım. Kaş ki, o şöhrət heç məni tapmayaydı. Dəyişdim. Söz yox ki, yenə də həmin sadə oğlanam. Amma başladım pis vərdişlərə qurşanmağa. Bu meyxana sənəti elədir ki, 95 faiz ağırlıq beyinin üzərinə düşür. Meyxana deyəndə beyin hüceyrələri oyanır, yorulursan. Toya gedirsən, beyin yorğun olur. Bir-iki nəfərin acı sözü, bir yandan da toydakı insanların mənfi aurası adamı halsız edir. Gecə yarısı saat 3-də evə gəlirsən, gözünə yuxu getmir. Səhər saat 9 olur və sən hələ də yatmamısan. Məcbur olub, pivədən-araqdan vurursan. Səhhətim də əl vermir. Ürəyim ağrıyır, narahatlıqlarım çoxdur. Bu vərdişləri tərgidə bilmirəm. Əslində istəmirəm də tərgidim, çünki bacarmıram. Sərxoş olanda, bir-iki qafiyə deyib ayılıram”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->