Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu yıxılaraq ayağını sındırıb.
Qaynarinfo milli.az-a istinadən xəbər verir ki, meyxanaçının ayağı 3 yerdən sınıb.
Namiq Qaraçuxurlu hal-hazırda xəstəxanalardan birindədir. Meyxanaçını bu vəziyyətində sənət yoldaşları da tək qoymayıb. Belə ki, Sevil-Sevinc bacıları, Əhməd Mustafayev, Manaf Ağayev, Aysun İsmayılova və teleaparıcı Afaq Gəncəli onun ziyarətinə yollanıblar.
Qeyd edək ki, müğənni dünən toydan evə gələrkən maşından düşmək istəyəndə ayağı bardyura dəyib.
Şərhlər