Xəbər lenti

Foto 14:42 15.01.2018

Namiq Qaraçuxurlu yenidən əməliyyat olunacaq (FOTOLAR)

Bir müddət öncə ayağı əzilərək xəstəxanaya yerləşdirilən meyxanaçı Namiq Qaraçuxurlunun səhhəti barədə yeni xəbər var.

Qaynarinfo len.az-a istinadən xəbər verir ki, söz ustası səhhəti barədə sosial şəbəkədə belə yazıb:

"Mənim üçün nigaran qalıb "Ayaqğın necə oldu?” sualını verən insanlara məlumat verməyi özümə borc bildim. Bu gün əməliyyatdan bir ay keçdi və rentgen müayinəsinə getdim. Şükür ki, hələ ki, hər şey qaydasındadır. Həkimlərin məsləhəti ilə ayağımdakı "gips”i açdıq. Bununla da vəziyyətim bir az da yüngülləşdi. O biri yaraların da sağalmasına bir az zaman lazımdır. İçəridə şuruplarla bağlanan titanı isə 1 il yarımdan sonra əməliyyatla xaric edəcəklər. Ayağa qalxıb yavaş-yavaş yerimək üçün hələ 3-4 həftə var. Sizin dualarınız və Allahın mənə verdiyi səbr, güc sayəsində 1 ayı geridə qoydum. Qayğıma qalan insanlara təşəkkür edirəm. Allahın verdiyi hər ana təşəkkür”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?