Siyasət 15:21 25.01.2020

Namizədlərlə bağlı real sorğu - Maraqlı nəticələr var

Millət vəkili olmuş və YAP-ı təmsil edən 3 namizəd seçicilərinin etimadını itirib.Sorğu aparılan dairələrdə maraqlı nəticələr qeydə alınıb.

"Kanal32” İnformasiya Agentliyi qısa müddətli bir layihəyə start verib.Bu layihə yanvarın 21-dən başlayıb və fevralın 7-nə kimi davam edəcək.Məqsəd Azərbaycanın müxtəlif şəhər və rayonlarında seçki öncəsi mövcud vəziyyəti,seçici aktivliyini və namizədlərə olan münasibəti sorğu vasitəsi ilə öyrənməkdir.Sorğu zamanı vətəndaşlara aşağıdakı suallar ünvanlanıb:

1.Ölkədəki seçki öncəsi vəziyyəti necə qiymətləndirirsiniz?

* Aktiv
* Passiv

2.Fevralın 9-da parlamentə keçiriləcək seçkilərdə səsverməyə gedəcəksinizmi?

* Bəli
* Xeyir
* Bilmirəm

3.Namizədlərdən kimləri tanıyırsınız?

*
*
*
*
*



Sorğunun ilkin mərhələsi ictimaiyyətin də maraqla izlədiyi  6 Seçki dairəsi üzrə keçirilib.Və ümumilikdə 300 nəfər respondentin fikrləri öyrənilib. Nəticələr isə aşağıdakı kimidir:

Ölkədəki seçki öncəsi vəziyyəti necə qiymətləndirirsiniz? sualına cavab verənlərin respondentlərin 68 %-i seçki öncəsi vəziyyəti aktiv,32%-i isə passiv qiymətləndirib.

Fevralın 9-da parlamentə keçiriləcək seçkilərdə səsverməyə gedəcəksinizmi? sualına cavab verənlərin respondentlərin 71 %-i "bəli”, 22 %-i"xeyir”, 7%-i isə "bilmirəm” cavabını verib.

Namizədlərdən kimləri tanıyırsınız? sualı üzrə sorğu isə 6 Seçki Dairəsi üzrə aparılıb.Dairələrdən bir Bakını,5-i isə regionu əhatə edib.Bu sual üzrə respondentlərə təqdim olunan vərəqələrdə sorğu aparılan dairədə qeydə alınmış namizədlərin adlı siyahısı yer alıb.Nəticələrin əks olunduğu siyahıda isə sorğu əsasında daha çox önə çıxan,yəni fovarit namizdələrin adları yer alıb.Həmin dairələr üzrə qeydə alınmış nəticələri təqdim edirik:

35 saylı Xətai Seçki Dairəsi

Abbasov Rauf Arif oğlu(Bitərəf):51%
Ağazadə İqbal Fehruz oğlu(Ümid): 46%
Əliyev Turan Adil oğlu(YAP): 2 %
Digər namizədlər:1 %

38 saylı Nizami ikinci(Gəncə) Seçki Dairəsi

Əliyev Eldar Paşa oğlu(Bitərəf):35%
Novruzov Həsən Rövşən oğlu(Bitərəf):22%
Yusifova Sevil Şərif qızı(Bitərəf):19 %
Həmzəyev Naqif Əlşərəf oğlu(YAP):14%
Digər namizədlər:10%

47 saylı Mingəçevir Seçki Dairəsi

Eyyubov Rəşad Səməd oğlu(Bitərəf)  :23%
Abbasov Səbuhi Mübariz oğlu(Bitərəf) :22%
Salamov İbrahim Salam oğlu(Bitərəf):13%
Mirzəzadə Aydın Böyükkişi oğlu(YAP) :11%
Zamanov Məhəmməd Sevindik oğlu(Bitərəf):10 %
Səbzəliyev Ceyhun Qorxmaz oğlu(Bitərəf): 5%
Həsənov Rüfət Alim oğlu(Bitərəf):4%
Digər namizədlər:12%

49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsi

Hüseynli Əli Məhəmməd oğlu (YAP):67,2%
İsmayılova Nailə İsgəndər  qızı : 11%
Verdiyev Azər Rauf oğlu : 10 %
Paşayev Nəsimi Məzahir oğlu :9,8%
Digər namizədlər:3 %

82 saylı Ağcabədi Seçki Dairəsi

Abdullayev Sənan Həsən oğlu(Bitərəf) :74 %
Nəcəfli Rəşid Mikayıl oğlu(Müsavat) : 18 %
Rzayev Tahir Musa oğlu (YAP):5%
Digər namizədlər:3 %

94 saylı Bərdə şəhər Seçki Dairəsi

Yıdırım Fatma Vidadi qızı(YAP): 48%
Sadıxov Rövşən Əbülfəz oğlu(Bitərəf):37%
Həsənova Xuraman Hilal qızı(Bitərəf):17%
Digər namizədlər:8%

Sorğunun ümumi nəticələrinin qiymətləndirlməsini ictimaiyyətin öhdəsinə buraxırıq.Amma,bir  məqam xüsusi ilə diqqət çəkir.Belə ki,Millət vəkili olmuş və YAP-ı təmsil edən 3 namizəd-38 saylı Nizami ikinci(Gəncə) Seçki Dairəsindən Naqif Həmzəyev,47 saylı Seçki Dairəsindən Aydın Mirzəzadə və 82 saylı Ağcabədi Seçki Dairəsindən Tahir Rzayev seçicilərin etimadını itirib.Xüsusən də Tahir Rzayev.Sorğuda iştirak edən sakinlər bir çox məqamlarda adıçəkilən şəxslər barəsində kəskin fikirlər də səsləndiriblər.Ən yüksək etimad isə YAP-dan 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsindən namizəd olan Əli Hüseynliyə,Bitərəflərdən isə 82 saylı Ağcabədi Seçki Dairəsi üzrə telejurnalist Sənan Abdullayevədir.Ən maraqlı və kəskin mübarizə isə 47 saylı Mingəçevir Seçki Dairəsində,o cümlədən 35 saylı Xətai Seçki Dairəsindən namizəd olan Rauf Arofoğlu və İqbal Ağazadə arasında gedir.

Qeyd edək ki,sorğu digər dairələrdə də aparılır və növbəti həftənin ilk günlərində nəticələri dərc edəcəyik.

P.S.93 saylı Bərdə şəhər Seçki Dairəsində qeydə alınmış namizdələrin siyahısında maraqlı bir məqam diqqət çəkdi.Belə ki,respublikamızda ilk dəfə olaraq seçki mübarizəsinə qatılan namizədlərin içərisində qadınlar üstünlük təşkil edib.7 nəfər deputatlığa namizədin 4-ü xanımdır.

"Kanal32” İnformasiya Agentliyinin analitik qrupu