Dünya 09:49 08.03.2021

NASA Aya qadınları göndərməyə hazırlaşır

Milli aeronavtika və kosmosun araşdırılması üzrə İdarə (NASA) ilk qadın astronavtları Aya göndərəcək. 

Qaynarinfo CBS-yə istinadla xəbər verir ki, "Artemida” proqramının bir hissəsi olaraq, kosmik missiya 9 kişi, 9 qadın astronavtı əhatə edir.

NASA kosmik raketinin rəhbəri Charlie Blackwell-Thompson bildirib ki, proqramın yaxın 10 ildə həyata keçirilməsi planlaşdırılır. O, qadın astronavtların "uzun bir yol qət etdiklərini" və bu missiyaya hazır olduqlarını da əlavə edib. 

Blackwell-Thompson söz verib ki, tezliklə raket qurğusu onları Aya aparacaq.

Alpər