Video 23:48 01.07.2020

NASA Günəşin 10 illik fotolarını 1 saatlıq filmə çevirdi (VİDEO)

ABŞ Kosmos və Aviasiya Agentliyi (NASA) Günəşin 10 il boyunca çəkilən yüksək keyfiyyətli görüntülərini 1 saatlı film şəklində yayımlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, filmdə Günəşdəki partlayışlar da yer alıb. 2010-cu ildən start götürən layihə çərçivəsində hər 0.75 saniyədə Günəşin 425 milyon piksellik bir fotosu çəkilib. Foto bazasının ümumi yaddaşı 20 milyon gigabayt olub.

NASA bu görüntülər sayəsində Günəşlə bağlı saysız-hesabsız yeni kəşfə imza atıldığını açıqlayıb. Açıqlamada fotolarda bəzən qara nöqtələrin qeydə alındığı, bunların da tutulmalardan qaynaqlandığı qeyd olunub.

NASA gələcəkdə də Günəşi izləməyə davam edəcəklərini və dünyanın kosmosdakı yeri haqda daha çox məlumat toplayacaqlarını vurğulayıb.

Camal