NASA Marsa enən roverin düşdüyü yerin panoramik görünüşünü yayımladı

NASA Marsa enən roverin düşdüyü yerin panoramik görünüşünü yayımladı

NASA Rover Perseverance-nin eniş meydançasının panoramik görünüşünü yayımlayıb. 

Qaynarinfo xəbər verir ki, Rover xüsusi missiya ilə Marsdadır. Panoramada roverin keçən həftə endiyi Jezero Kraterinin kənarı və məsafədəki qədim çay deltasındakı bir uçurum göstərilir.

Xatırladaq ki, NASA-nın beşinci marsoxodu 18 fevralda Marsın səthinə enib. Bütün sistemlərin sınağından sonra Perseverance rover Jezero kraterindəki zəmini öyrənməyə başlayacaq və "Ingenuity” adlı ilk Mars helikopterini uçuşa buraxacaq.

Alpər

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR