Dünya 17:20 16.10.2021

NASA Yupiterə kosmik zond göndərir: Həyatla bağlı çox suallara cavab tapılacaq

Bu gün NASA Troyan asteroidlərini öyrənməyi planlaşdırdıqları "Lucy” kosmik zondunu Yupiterə göndərəcək. Onların yaşı bir neçə milyard il ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Science alert” məlumat yayıb.

"Lucy”nin kosmik missiyasının 12 il davam edəcəyi gözlənilir. Zond 2027-ci ilə qədər Yupiterin ətrafında fırlanan ilk asteroidlərə çatacaq.

Elm adamları Troyan asteroidlərinin bir növ "zaman kapsulu" olduğuna əmindirlər, bu tədqiqat planetlərin mənşəyi və Yerdəki həyatın mənşəyi ilə bağlı bir çox suala cavab verə bilər.

Alpər