Perudakı Naska xətləri barədə yeni iddia irəli sürülüb.
Qaynarinfo xəbər verir ki, Naska xətləri Naska səhrası və And dağlarının ətəklərində yerləşir.
Amerikalı arxeoloq Paul Kosok ilk dəfə 1939-cu ildə kəşfiyyat uçuşu zamanı xətlərin şəklini çəkib. Daha sonra ərazi ilə bağlı tədqiqatlara start verilib və bir çox nəzəriyyə irəli sürülüb.
Həyatını Naska xətlərinə həsr etmiş Peru əsilli almaniyalı riyaziyyatçı Mariya Rayxe 1946-cı ildə ilk iddia ilə çıxış edib. Onun fikrinə görə, Naska xətləri səhranın tünd rəngli üst təbəqəsi qazılaraq açıq rəngli təbəqənin ortaya çıxarılması yolu ilə çəkilib. Həmin xətlər Günəş, Ay və digər ulduzların yerini göstərir. Ulduzların yerləri Naska xalqının əkinçilik fəaliyyətində Göy təqvimi kimi istifadə edilib.
Daha sonra xətlərin Latın Amerikasında baş tutan ilk Olimpiya oyunlarının qaçış sahəsi olması fikri ortaya atılıb.
Astroloqların fikrinə görə, meymun, quş və digər heyvanların təsvir olunduğu cizgilər nəhəng ulduz falıdır.
Bəzi alimlər isə Naska xalqının gəzməyi çox sevdiyini və xətlərin gəzintilər nəticəsində yarandığına inanır.
Tədqiqatlar bu fikirlərin əksəriyyətinin doğru olmadığını göstərib. Son olaraq, Yaponiyanın Hokkaydo Universitetinin tədqiqatçıları Naska xətləri barədə məqalə yazıb. Yaponlar fikirləşir ki, xətlər yağış rəqsi zamanı Tanrıları razı salmaq üçün çəkilən ekzotik quş təsvirləridir.
Gülşən
Şərhlər