Müğənni Natavan Həbibi və Elnarə Xəlilova arasında uzun illərdir ki, davam edən qalmaqal sona çatır.
Qaynarinfo xəbər verir ki, azxeber.com-a açıqlama verən Natavan Elnarə ilə barışa biləcəyini deyib: "Elnarə məni çox yaxşı tanıyır. Biz onunla aramızdakı incikliyi yenə də öz aramızda həll edəcəyik. Buna vaxt lazımdır. Yetərincə böyümüş insanlarıq. Hər birimiz hansı vəziyyətdən necə çıxmağı bilirik. Necə Aygün Kazımova ilə özümüz görüşüb, bizi narahat edən məsələləri həll edəndən sonra barışdıqsa, hər kəslə də elə edəcəm. Qəlbini qırmısansa almalısan və yaxud mən kimin qəlbin qırmışsam almağa çalışmalıyam. İndi çox rahatam. Hazırda "W-Trio” yadıma düşmür.
Natavan şəxsi həyatından da danışıb: "Bu dəqiqə şəxsi həyatımla bağlı olanlar mənə çox önəmlidir. Yaşadıqlarım başqa istiqamətdədir”.
Müğənni ona dəstək olanlardan da bəhs edib. "Bu qədər problemlərin içində ən böyük dəstək Səidə Sultan oldu. Biz bir-birimiz üçün sənətçi deyilik. Elə mən Oksananın gəlməyini gözləyirdim. Yanımda bir çox dostlarım oldu amma bəzilərindən üzr istəyirəm ki, onlarla görüşə bilmədim. Bir müddət tək qalmaq istəyirdim”
Natavan Həbibi evliliyin bitməsinə də üzülmədiyini deyib: "Mövzu artıq bitdi. Artıq depressiyadan da çıxmışam. Yaşadıqlarımı dəyərləndirib yaşayıram, heç nəyi yalanlamıram. Olub və yaşamışam. Buna da min şükür. Nə yaxşı evlilik belə bitdi. Başqa şeylər də ola bilərdi".
Şərhlər