NATO da Ermənistana çağırış etdi

NATO da Ermənistana çağırış etdi

NATO Ermənistanda baş verən siyasi hadisələr fonunda tərəfləri demokratiyaya bağlılığa çağırıb.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, alyans Ermənistanda müxalifətin Baş nazir Nikol Paşinyanın istefasını istəməsindən sonrakı prosesləri yaxından izlədiyini bildirib.

NATO sözçüsü Oana Lunkesku tərəfləri gərginliyi artıran açıqlama və davranışlardan çəkinməyə səsləyib:

"Siyasi müxtəlifliklər sülhpərvər yollarla və Ermənistan konstitusiyasına uyğun şəkildə, demokratiya yolu ilə həllini tapmalıdır”.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR