NATO-ya aid hərbi təyyarə Əfqanıstanın paytaxtı Kabildə toyu bombalayıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, toyda havaya atılan atəş NATO-nun bölgəni bombalamasına səbəb olub. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
NATO təyyarələrinin bölgədə Taliban terrorçularının olduğunu təxmin etdiyinə görə bomladağını bildirib.
Hadisə ilə bağlı araşdırma aparılır. Faciənin şahidləri ölənlərin sayının 2-dən çox olduğunu deyib.
NATO-dan məsələ ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Gülşən
Qaynarinfo.Az
Şərhlər