NATO yanlışlıqla ABŞ-ın Avropadakı nüvə silahlarının yerini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Belçikanın "De Morgen" nəşri məlumat yayıb.
İnternetdə yer alan hesabatda ABŞ-ın Avropada təxminən 150 nüvə silahına sahib olduğu bildirilir. 6 ABŞ və Avropa bazalarında yerləşən silahlar arasında "B61" bombaları üstünlük təşkil edir. Nüvə silahları Belçikadakı "Kleine Brogel", Almaniyadakı "Büchel", İtaliyadakı "Aviano" və "Ghedi-Torre", Türkiyədəki "İncirlik", Hollandiyadakı "Volkel" bazasında yerləşdirilib.
Belçika 1968-ci ildə Nüvə Silahlarının Yayılmaması Müqaviləsini imzalayan ölkələr sırasındadır. Faktın ortaya çıxması Belçika ictimaiyyətində və siyasi mühitdə narazılıqla qarşılanıb.
Həmin hesabat aprel ayında yayımlanıb, 11 iyulda isə yenilənib və məlumatlar çıxarılıb.
Gülşən
Şərhlər