2017-ci ilin 9 ayı ərzində Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal olunub. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur.
"Qaynarinfo" "Marja"ya istinadla xəbər verir ki, 2017-ci ilin yanvar-iyul və yanvar-avqust aylarında da (7 və 8 ayda) Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdi. Beləliklə, 2 aydır Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb.
01.10.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 124 ədəd təşkil edib.
01.09.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 131 ədəd təşkil etmişdi. 01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 133 ədəd idi.
Avtomobillər satılmadığından Naxçıvan Muxtar Respublikası Ali Məclisi zavoda dəstək verir. Bu günlərdə zavodun bir neçə avtomobili alınaraq dövlət qurumlarına verilib.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunur. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.
Şərhlər