Xəbər lenti

Naxçıvan Tənzərə yallısı necə erməni Tamzarası oldu?
Ölkə 20:47 07.12.2025

Naxçıvan Tənzərə yallısı necə erməni Tamzarası oldu?

Azərbaycan torpaqlarına 1813-cü ildən hissə hissə köçürülən və 1828-ci ildə Türkmənçay müqaviləsi ilə Osmanlı ərazilərinə köçürülməsi planlanan Hindistanın Kəlküttə ərazisindən Rusiyanın xətti ilə İrana gətirilən boşa qaraçı tayfası, Osmanlı-Rusiya-Qacar və Britaniyanın birgə razılığı əsasında Azərbaycanın Qərb torpaqlarında məskunlaşdırıldı.
 
Yerli xristian əhalinin məbəd, dini ibadət yerləri və adlarını mənimsəyən və özlərinə erməni deyən bu qaraçı tayfası XVIlI əsrin sonlarından yerli xalqın mədəniyyətini özününküləşdirməyə başladı. Yüzlərlə adət ənənə, musiqi, mahnı sözləri və digərləri erməniləşməsi planla baş verirdi :

ilk olaraq ermənilər mahnılarımızı Azərbaycan dilində, yəni orijinal formada ifa etdilər. Öyrəndilər. İkinci mərhələdə mahnılar erməni dilinə tərcümə olunaraq öz dillərində ifa edildi. Sonuncu mərhələdə kitablar, esselər, məqalələr və fonoqraf yazıları vasitəsilə bizdən götürülmüş əsərləri erməni musiqisi kimi təqdim etmək üçün işlər aparılmağa başlandı. Srbuhi Lisitsian incəsənət tarixinin bilicisi olaraq Azərbaycan xalqına məxsus aşıq, xalq, folklor və toy mahnılarını erməni dilinə çevrilməsi üçün ilk elmi işlərə başlayıb və onun bu işdə kömək ona Azərbaycan aşıqları yanında məclislərdə iştirak edən aşıq və musiqiçilər olublar. Məhz onların köməyi ilə 1958-ci ildə onun imzası ilə "Erməni xalqının qədim rəqsləri və teatr tamaşaları” kitabı dərc edilir və bura yerli Azərbaycan xalqına məxsus onlarla musiqi və mahnı ermənilərə "məxsus" kimi təqdim edilir. Oğurlanan rəqslər içərisində Naxçıvana məxsus Tənəzərə yallısı idi. Şərur rayonunun Çərçiboğan, Çomaxtur, Dizə və başqa kəndlərində Azərbaycan folkloruna aid olan və "Qızılı tənbətən” kimi də qeyd edilən Tənzərə yallısı, onun əli ilə Tamzara kimi yazılər və bu gün də xarici ölkələrdə bunu "qədim erməni rəqsi" kimi təqdim edirlər. "Tənzərə” sözü tən- yarım və zər - bəzək sözlərindən əmələ gəlib, "bəzəyimin yarısı” mənasını verir. Bu rəqsin özəlliyi budur ki, onu ifa edən xanımlar qızıl bəzək-düzəkdən - boyunbağından, muncuqdan, sırğadan, üzükdən və başqa cəvahiratdan nəyi varsa hamısını taxmalı idi. Azərbaycanda "Tənzərə" rəqsi hazırda yalnız sözsüz rəqs versiyası kimi ifa olunur. Lakin Ermənistanda rəqslə yanaşı mahnı kimi də ifa olunur və sözləri tamam dəyişib, rəqsin ifa tərzi isə türk xalqına məxsus elementləri özündə qoruyub saxlayıb. Azərbaycan qadınları bu rəqsi ifa edən zaman üç addım irəli gedərək sol ayaqlarının ucunu yerə vurur, həmin andan sonra, yenə də sol ayağı irəli atıb bir anlığa onun üzərində durur, üç kiçik addım geriyə hərəkət etməklə ikinci hissədə bir az iti templə birinci hissədən hərəkətlərini təkrar edirlər. İfa zamanı onların "haylama”, "hey” kimi nida səslərini eşitmək mümkündür. Bu rəqs iki hissədən ibarətdir. Birinci hissədə iştirakçılar yarım dairə formasında düzülərək aramlı addımlarla hərəkət edirlər. İkinci hissədə isə temp itiləşir. "Tənzərə” yallısının iştirakçıları dairə formasını alırlar. Onlar musiqiçilərin ətrafında saat əqrəbinin əksi istiqamətində şıdırğı tempdə fırlanmağa başlayırlar. Daha sonra dairə formasını pozaraq sıra şəklində düzülürlər. Rəqs bu qaydada sona çatır. "Tənzərə” yallısı zurna və kos musiqi alətlərinin müşayiəti ilə ifa olunur. Qeyd edim ki, rəqs zamanı işlədilən "Hey" ifadəsini də özününküləşdirən ermənilər onu "Hay Tamarza" kimi yazılar. Hətta onu Hamzara, Tumzara kimi də təqdim edirlər. Erməni qadınlarında Azərbaycan qadınlarına məxsus əsalət olmadığı üçün onlarda bu cürə rəqs ifası alınmır və onun formatını qismən dəyişiblər. UNESCO-nun Təcili Qorunma Siyahısına 2018-ci ildə Azərbaycan, Naxçıvan yallı rəqsləri siyahısında daxil olan Tənzərə rəqsini ermənilər öz adından istifadə etməkdə davam edirlər. 

Prof.Dr. Zaur Əliyev

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->