Xəbər lenti

Gəncədə ağır yol qəzasında 11 nəfər yaralandı
Ölkə22:14 09.03.2026

Gəncədə ağır yol qəzasında 11 nəfər yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə şəhəri ərazisində baş verən ağır yol qəzasında 11 nəfər xəsarət alıb.
"Report"un  məlumatına görə, Şah İsmayıl Xətai prospektində" VAZ-21010" və "Great Wall" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində 2007-ci il təvəllüdlü İsgəndər Yusifov, 2009-cu il təvəllüdlü Əli Bağırov, 1975-ci il təvəllüdlü Anar Musazadə, 2009-cu il təvəllüdlü Ə. Bağırov, 2007-ci il təvəllüdlü İ. Yusibov, 1975-ci il təvəllüdlü A. Musazadə, 2009-cu il təvəllüdlü N. Musazadə, 2006-cı il təvəllüdlü A .Rəhimov, 2011-ci il təvəllüdlü A. Musazadə və 1977-ci il təvəllüdlü V. Həsənova və 2009-cu il təvəllüdlü Nərmin Musazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.