Xəbər lenti

Premyer Liqa:
İdman 23:55 09.03.2026

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"a məğlub oldu

Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edib.

"Palms Sports Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 0:1. 56-cı dəqiqədə Joarlem Santos fərqlənib.

Qələbədən sonra xallarının sayını 44-ə çatdıran Tovuz klubu üçüncü pillədə qərarlaşıb. "Neftçi" 31 xalla yeddinci sıradadır.

Günün ilk görüşündə "Zirə" "Kəpəz"lə bərabərə qalıb - 2:2.
Qeyd edək ki, əvvəlki matçlarda "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə bərabərə qalıblar. "Qarabağ" isə "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub edib. Tura martın 10-da yekun vurulacaq.
--> -->