Xəbər lenti

Video 21:58 03.06.2018

Naxçıvanda buzov su quyusuna düşdü: iki gün sonra çıxarıldı (VİDEO)

Naxçıvanda itən buzov iki gün sonra su quyusundan tapılıb. İribuynuzlu heyvan sakinlərin köməyi ilə sağ-salamat quyudan çıxarılıb.

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, hadisə Naxçıvanda, Kəngərli rayonunun Yurdçu kəndində baş verib. Sakinlərdən birinə məxsus buzov itib və iki gün ərzində tapılmayıb. İki gün sonra isə iribuynuzlu heyvanın kəndin kənarında qazılan kəhrizə düşdüyü məlum olub.

Buzov sakinlərin köməyi ilə kran vasitəsi ilə sağ-salamat quyudan çıxarılıb. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->