Naxçıvanda hərbi hissələrdə müasir xidmət infrastrukturu yaradıldı (VİDEO)
Muxtar respublikada ordu quruculuğu istiqamətində davamlı tədbirlər həyata keçirilir, xidmətin nümunəvi təşkili üçün kompleks layihələr icra olunur.
Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, bir neçə gün əvvəl Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə keçirilən birgə taktiki-xüsusi təlimdə "Bayraktar-TB2” silahlı pilotsuz uçuş aparatının uğurla tətbiq edilməsi, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksinin, yeni xidməti avtomobillərin istifadəyə verilməsi qədim diyarın təhlükəsizliyinin təmin olunmasına töhfədir.
Hərbi qurulluqçular üçün müasir xidmət infrastruktunun yaradıldığı yaşayış kompleksindən hazırlanan reportajı təqdim edirik.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər