Dünya 14:11 21.10.2019

Nazarbayevin səlahiyyətləri artırıldı

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin səlahiyyətləri artırılıb.

Qaynarinfo xəbər verir ki, prezident Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb. Bundan sonra hökumət təyinatlar barədə Təhlükəsizlik Şurası ilə məsləhətləşməlidir. Həmin təyinat siyahısına Xarici işlər, Daxili işlər və Müdafiə nazirlərinin təyinatı daxil edilməyib. 

N.Nazarbayev Prezident Adminstrasiyası, Baş Prokurorluq, Milli Təhlükəsizlik Komitəsi, Milli Bank, Xarici Kəşfiyyat İdarəsi və digər vacib orqanlardakı təyinatlara nəzarəti təmin edə biləcək.

Qeyd edək ki, Nursultan Nazarvayev 19 martda 30 ildir icra etdiyi prezident vəzifəsindən istefa verib.

Gülşən