Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti - “AzərRos”u diaspor təşkilatları siyahısından çıxarıb.Qurumun Təbliğat və informasiya şöbəsi tərəfindən “AzərRos”un adı Rusiya Federasiyasındakı Azərbaycan diaspor təşkilatlarının siyahısından çıxarılıb.
Faktla bağlı DİDK-nın mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “AzərRos”un Komitə ilə əməkdaşlıq etmək istəyi müşahidə olunmadığından adı siyahıdan çıxarılıb: “Onlar bizimlə əməkdaşlıq etmədikləri üçün qeydə aldığımız təşkilatların siyahısından çıxarmışıq”.
Qaynar.info
Şərhlər