Xəbər lenti

Nazir barəsində istintaq başladı
Dünya 10:57 12.07.2019

Nazir barəsində istintaq başladı

Fransanın baş naziri Eduard Filip ətraf mühit naziri Fransua de Güjiyə qarşı istintaq prosesinin başlaması üçün göstəriş verib. 

Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, baş nazirin bəyanatında F.Güji əleyhinə dövlət vəsaitindən şəxsi məqsədləri və xərcləri üçün istifadə ittihamının irəli sürüldüyünü bildirib. Əgər nazirin günahı sübuta yetirilsə, o, xərclənən məbləği son avrosuna qədər geri qaytarmalı olacaq. 

Qeyd edək ki, nazir və həyat yoldaşının dostları üçün dəbdəbəli qonaqlıq verdiyi və məbləğin dövlət tərəfindən ayrılmış pulla ödənildiyi iddia edilir. Həmin ziyafətdə qonaqlara xərçəng, həmçinin bahalı içkilər təqdim edilib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->