Xəbər lenti

Nazir generalın yerinə bu xanımı gətirdi
Ölkə 17:32 30.05.2025

Nazir generalın yerinə bu xanımı gətirdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə rəis əvəzi təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə Arzu Yusifova gətirilib.

Qeyd edək ki, ixtisasca qastroenteroloq-psixoloq həkim olan Arzu Yusifova bir ilə yaxındır sözügedən xidmətdə həkim kimi fəliyyət göstərir. O, həmçinin bir sıra özəl və dövlət xəstəxanalarında çalışıb. Arzu Yusifova fövqəladə hallar naziri ilə ailəvi yaxınlığı ilə tanınır.

Xatıradaq ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini, xidmət rəisi əvəzi general-mayor Rəfail Mehdiyev ötən gün vəzifəsindən azad edilib

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->