Xəbər lenti

Nazir İmişlidə: kütləvi zəhərlənmənin baş verdiyi rayona getdi
Ölkə 16:14 19.06.2018

Nazir İmişlidə: kütləvi zəhərlənmənin baş verdiyi rayona getdi

Kənd təsərrüfatı naziri İnam Kərimov bu gün 50-yə yaxın pambıqçının zəhərləndiyi İmişli rayonuna gedib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Qafqazinfo"ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Nazir hadisə baş verən ərazidə olacaq və zəhərlənən sakinlərlə görüşəcək. 

Qeyd edək ki, pambıq sahəsində 50-dən çox fəhlənin zəhərləndiyi bildirilsə də, rəsmi rəqəmlər hələ açıqlanmayıb. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->