Xəbər lenti

Ölkə 20:00 25.01.2018

Nazir müavini Azərbaycanda təhlükəli xəstəliklərin artdığını bəyan etdi

"Həqiqətdir ki, xəstəliklər cavanlaşıb. Çünki profilaktik tədbirlər görülmür. Sovet dövründə insanların ildə iki dəfə poliklinikalarda dispanserizasiyadan keçməsi mütləq idi. Bu, xəstəliklərin vaxtında aşkar edilməsinə və müalicə olunmasına kömək olurdu.

Bu gün ürək-damar xəstəlikləri olan əlillər birinci yerdədir. Onkoloji xəstəliklər əvvəllər 6-7 faiz idi. İndi bu xəstəliklər əlilər arasında 14 faizə qalxıb”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin  Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.

Nazir müavini qeyd edib ki, psixiatriyaya aid edilən xəstəliklər 11-12 faizə qalxıb. "Gözdən əllillərin sayı isə 10-12 faizdir. Burada da artım müşahidə olunur. Gözdən əlillik daha çox şəkərli diabetin və digər xəstəliklərin fəsadlarıdır. Çünki vaxtında müalicə olunmurlar”.

Əlillərin komissiyadan keçməsinə gəlincə nazir müavini deyib ki, bu məsələdə Tibbi Sosial Ekspert Komissiyalarından şikayət yoxdur, amma poliklinikalarla bağlı şikayətlər daxil olur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?