Xəbər lenti

Nazirdən manatla bağlı açıqlama
Ölkə 13:34 21.11.2017

Nazirdən manatla bağlı açıqlama

Cari ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib.

"Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu müddətdə manatın ABŞ dollarına münasibətdə məzənnəsində 10 faiz möhkəmlənmə qeydə alınıb", - deyə nazir əlavə edib.

S.Şərifov qeyd edib ki, cari ilin əvvəli ilə müqayisədə iqtisadi geriləminin sürəti azalıb: "Valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, fiskal tədbirlər hesabına 9 ayda icmal büdcənin kəsiri daralıb, əksinə, 1,2 faiz profisit əldə olunub".

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->