Xəbər lenti

Ölkə 17:20 25.07.2018

Nazirdən xarici dilin tədrisi ilə bağlı əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə xarici dilin tədrisi barədə əmr imzalayıb.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, nazirin əmrinə əsasən, Azərbaycanın ümumtəhsil məktəblərində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir.

Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I sinifdən başlanır. 

Ümumtəhsil məktəblərində ikinci xarici dil V sinifdən etibarən tədris olunur. Müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir.

I və V siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?