S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu "Qafqaznet” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo-nun məlumatına görə, müqavilə institutun voleybol klubu üçün müxtəlif növ avadanlıqların və mal-materialların satın alınması ilə bağlıdır. Alınacaq mallara görə şirkətə 106 276,91 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qafqaznet” MMC 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, "Çinar Park" Biznes Mərkəzi, 4-cü mərtəbədə yerləşir. Şirkətin qanuni təmsilçisi Əfəndiyev Ramiq Natiq oğludur.
Mediada gedən məlumatlara görə, "Qafqaznet" fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. Nazirin biznesi haqqında dərc edilən məlumatlarda "Qafqaznet” MMC-nin də ona məxsus olduğu iddia edilir.
Seyid
Şərhlər