Xəbər lenti

ABŞ potensial olaraq inqilabi uçuş aparatını təqdim etdi
Dünya 18:38 10.03.2026

ABŞ potensial olaraq inqilabi uçuş aparatını təqdim etdi

ABŞ-ın Müdafiə Nazirliyinin qabaqcıl tədqiqat layihələri agentliyi (DARPA) X-76 adlı yeni uçuş aparatının təfərrüatlarını açıqlayıb. Bu aparat "SPeed and Runway INdependent Technologies" (SPRINT) proqramı çərçivəsində hazırlanır.

Qaynarinfo xəbər verir ki, eksperimental aparatı "Bell Textron" şirkəti istehsal edir. Məlumatı DARPA rəsmi saytında yayıb. 

X-76 konvertoplan "V-22 Osprey"i əvəz edə bilər: hazırkı modelin təhlükəsizlik və etibarlılıq problemləri mövcuddur.

Aparatın adı ABŞ-ın 1976-cı ildə elan olunan müstəqilliyinin 250 illiyinə ithafən seçilib. X-76 reaktiv təyyarə sürətini vertikal qalxma və eniş imkanları ilə birləşdirəcək.

X-76-nın qalxması, enişi və havada durması konvertoplan tipli vintlər vasitəsilə həyata keçirilir. Üfüqi uçuşa keçdikdə və lazım olan sürətə çatdıqda, vintlər qatlanır və aparat irəliləməyə reaktiv itmə qüvvəsi ilə davam edir.

Aparata qoyulan tələblərə görə, onun kruiz sürəti 740 km/saatdan çox olmalı, mürəkkəb şəraitdə havada qalma qabiliyyəti olmalı və hazırlıqsız hava limanlarında işləyə bilməlidir.

Bu xüsusiyyətlər sayəsində hərbçilər və texnika hətta adi təyyarələrin çatmadığı yerlərə sürətli şəkildə daşına biləcək. Gözlənilir ki, X-76 Sakit Okeanda "adadan adaya sıçrama" əməliyyatlarını mümkün edəcək ki, bu da Çinlə geosiyasi qarşıdurma kontekstində xüsusilə vacibdir.

Uçuş sınaqları aparatın inkişafının üçüncü mərhələsində, 2028-ci ilin əvvəllərində başlayacaq.

Aydın

--> -->